hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Koronavirus haqqında bilmədiklərimiz – ARAŞDIRMA

Koronavirus haqqında bilmədiklərimiz – ARAŞDIRMA

İngiltərəli professor Tim Spektor bir insanın əvvəllər koronavirus olub-olmaması ilə bağlı apardığı araşdırma nəticəsində müşahidə olunan bir hadisəni açıqlayıb.

Cebhe.info xarici KİV-lərə istinadən xəbər verir ki, virusun dırnaqlarda iz buraxdığını bildirən Spektor, "Beau çizgileri" adlanan bu vəziyyətin, bədənin xəstəlikdən qurtulduğu nöqtədə meydana gəldiyini söyləyib.

2019-cu ildən bəri gündəmdə olan koronavirus, eyni zamanda bir çox elmi araşdırmanın mövzusudur. Təxminən 2 ildir ki, minlərlə elm adamı virusu araşdırarır.

Bu sahədə araşdırma edənlərdən biri də professor Tim Spektor, yeni bir simptom aşkar edib.

Araşdırmalara görə, bir insan koronavirus olduğu zaman dırnaqlarında iz buraxır. Spektora görə, dırnaqlarda əmələ gələn xətt, şəxsin tac tarixinə sahib olduğunu göstərir. "Beau çizgileri" olaraq da adlandırılan bu vəziyyət, bədənin infeksiyadan qurtulduğu zaman meydana gəlir.

Daha əvvəl "Beau çizgileri"nin qızılca və ya parotitdən sonra inkişaf etdiyi müəyyən edilmişdi. Bununla yanaşı, bunun hələ koronavirusla meydana gəldiyini isbat etmək üçün dünyanı qane edəcək bir iş yoxdur.

Verilən məlumata görə, ekzema və qidalanma kimi dəri xəstəliklərinin də xətlərə səbəb ola bilər. Mütəxəssislər, dırnaq şəklindəki daha radikal dəyişikliklərin tiroid xəstəliyi, şəkərli diabet və ya dəmir çatışmazlığı anemiyası kimi ciddi xəstəliklərin xəbərçisi ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Əbülfət Baxşəli
Cebhe.info


Oxunma sayı: 936