hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

Koronavirus İranda sürətlə yayılır - Qonşu ölkədə ölü sayı artır

Koronavirus İranda sürətlə yayılır - Qonşu ölkədə ölü sayı artır

İranda bir gündə ən yüksək ölüm sayı qeydə alınıb.

Cebhe. info xəbər verir ki, bu barədə səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari məlumat verib.

Onun sözlərinə görə, son sutkada ölkədə 167 nəfər həyatını itirib. Bu isə pandemiya İranda yayılandan bəri ən yüksək ölüm sayıdır.

Digər tərəfdən, daha 2 min 457 nəfər virusa yoluxub. Beləliklə, ölənlərin sayı 10 min 827, yoluxanların sayı isə 227 min 662 olub.

Xəstələrdən 3 min 49-nun vəziyyəti ağırdır, 188 min 758 nəfər isə sağalıb. Edilən test sayı 1 milyon 666 min 587-dir.

Tünzalə
Cebhe. info


Oxunma sayı: 793