hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Koronavirus “qayıdır”: Həkim çatışmazlığı olmayacaq - TƏBİB

Koronavirus “qayıdır”: Həkim çatışmazlığı olmayacaq - TƏBİB

Azərbaycanda koronavirus infeksiyasına yoluxma yenidən artıb.

Payız mövsümü başlayandan epidemioloji durumda gərginlik müşahidə olunur. Dünən ölkədə gündəlik yoluxma sayı 350-dən artıq olub. Ölüm sayında da artım var.

Bundan əlavə təhsil müəssisələrində də koronavirus səbəbindən durum çətinləşib. Ümumilikdə 30 məktəb və 55 sinif distant təhsilə keçib. Bir sözlə, virusla mübarizədə böyük fədakarlıq göstərən həkimlərin işi yenidən artıb.

Xatırladaq ki, koronavirusa yoluxmanın nisbətən az olduğu dövrdə, yəni iyul və avqust aylarında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva həkimlərin məzuniyyət haqqından istifadə edərək istirahət edəcəklərini bildirmişdi. Həmçinin payızda virusla bağlı işin artma ehtimalını əsas gətirərək həkimlərin daha çox istirahətə ehtiyacları olduğunu qeyd etmişdi. Bu mənada həkimlər növbəlilik prinsipi ilə məzuniyyətə göndərilmişdi.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Vətəndaş Müraciətləri ilə iş şöbəsinin müdiri Rəvanə Əliyeva hazırda həkim sarıdan heç bir çətinlik olmadığını və məzuniyyətə çıxan həkimlərin növbə ilə işə qayıtdıqlarını bildirib:

“Hər həkim öz rəhbərliyi ilə razılaşdırmaqla məzuniyyət hüququndan istifadə edə bilər və bu, növbəlilik prinsipi ilə həyata keçirilir. Kimlər istifadə edibsə və hal-hazırda istifadə edirsə, məzuniyyət bitəndə işlərinin başına dönürlər. Kimsə bu hüquqdan istifadə edibsə, qayıdıb və indi istifadə edirsə, qayıdacaq”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 4984

Bizim Telegram səhifəmizi izləyin