hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Koronavirus pasportu insanı üzdən tanıyacaq - YENİLİK

Koronavirus pasportu insanı üzdən tanıyacaq - YENİLİK

İngiltərədə koronavirus pasportu üçün hazırlıqlara başlanılıb.

Cebhe.info xəbər verir ki, İngiltərədəki bəzi texnologiya firmaları insanların işinə geri qayıda bilməsi üçün ölkədaxili sağlamlıq pasportunun verilməsi ilə bağlı dövlət rəsmiləri ilə görüşüb.

Məlumatlara görə, pasportlar bir neçə ay ərzində hazır olacaq və üztanıma funksiyasına sahib olacaq. Hazırlanan tətbiqə əsasən, vətəndaşlar öz fotolarını və şəxsiyyətlərini təsdiq edən vəsiqələrin surətini funksiyaya əlavə edəcəklər.

Bununla da üztanıma funksiyası saxta kimlikdən istifadənin qarşısını alacaq. Xəstəliyə yoluxmuş şəxslər isə bu virusdan tam qurtulduqlarını və yenidən öz immunitetlərini geri qazandıqlarını təsdiqləyən test edəcəklər.

Gülnarə Məmmədova
Cebhe.info


Oxunma sayı: 892

Bizim Telegram səhifəmizi izləyin