hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Koronavirus peyvəndi nə qədər qoruyur? - AÇIQLAMA

Koronavirus peyvəndi nə qədər qoruyur? - AÇIQLAMA

Türkiyədə sınaq prosesi keçirilən koronavirus peyvəndinin nə qədər müddət qoruduğunu Elmi şuranın üzvü doktor Serhat Ünal açıqlayıb.

Cebhe.info xəbər verir ki, Türkiyədə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində ilk peyvəndlər vurulub.

Professor, doktor Serhat Ünalın verdiyi məlumata görə, koronavirus peyvəndi ən yaxşı ehtimalda 4 il qoruya bilər:

"Türkiyədə 13 min şəxsə koronavirus peyvəndinin vurulmağı planlaşdırılıb. Niyə 13 min? Bu rəqəmi iyul ayında hesablamışdıq. Çünki o vaxt yoluxma sayı daha az idi. Peyvəndləmə də ölkə üzrə yoluxma sayına görə hesablanır. Koronavirus peyvəndi ən pis ehtimalda orqanizmanı 3-4 ay virusdan qoruya bilər".

Doktor Serhat Ünal bildirib ki, ən yaxşı ehtimalda isə peyvənd 3-4 il virusdan qoruya bilər: "Pis ssenarini yaşasaq, peyvənd 3-4 ay qoruyacaq, yaxşı ssenari olarsa, 3-4 il qoruyacaq. Peyvənd 6 ay belə qorusa, pandemiyanı dayandırmaq şansımız var".

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 925