hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Koronavirus səbəbindən gündə 120-dən çox şirkət bağlanır - İspaniyada

Koronavirus səbəbindən gündə 120-dən çox şirkət bağlanır - İspaniyada

İspaniyanın Dövlət Sığorta Xidmətinin məlumatına görə, COVID-19 pandemiyası ilə əlaqədar ölkədə hər gün orta hesabla 122 şirkət bağlanır.

Cebhe.info xəbər verir ki, 2020-ci il ərzində İspaniyada 44 759 şirkət iqtisadi problemləri həll edə bilməyib, söhbət əsasən kiçik və orta biznesdən gedir.

Ötən il dekabrın sonuna olan vəziyyətə görə, ölkədə 1 295 656 şirkət fəaliyyət göstərirdi. Bu, 2015-ci ilin sonundan etibarən ən aşağı göstəricidir. "Credit Suisse” maliyyə konqlomeratının analitikləri ispan iqtisadiyyatının böhrandan əvvəlki səviyyəyə qaytarılması üçün dörd il vaxt lazım olacağını proqnozlaşdırırlar.

Cebhe.info


Oxunma sayı: 573

Bizim Telegram səhifəmizi izləyin