hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.9320
  • NEFT - 43.13
  • clouds-weather

Koronavirus testi pozitiv çıxan jurnalist: “Atletlər kəndində nə həkim var, nə dərman”

Koronavirus testi pozitiv çıxan jurnalist: “Atletlər kəndində nə həkim var, nə dərman”

Xəbər verildiyi kimi, “Cümhuriyət” qəzeti və Cebhe.info saytının əməkdaşı Müşfiq Abdulla ilə xanımı, eləcə də bacısı Nigar Abdullayeva koronavirusa yoluxub.

Jurnalist ailəsi Atletlər kəndinə aparılıb. Ancaq M.Abdulla orada xəstələrə qarşı diqqətsizlikdən şikayətlənib.

“Məni, bacımı və həyat yoldaşımı aldatdılar ki, sizi xəstəxanaya aparırıq. Təcili yardım maşını bizi Atletlər kəndindəki karantinə yerləşdirib qacdı. İndi bizi buraxmırlar. Burda isə nə həkim var, nə də dərman.

Şəxsiyyət vəsiqələrimizi alıb çıxmaga icazə vermirlər. Vəziyyətimiz isə getdikcə ağırlaşır. TƏBİB-in icazəsi olmadan hec yerə gedə bilməyəcəyimizi deyirlər”,- deyə M.Abdulla bildirib.

Cebhe.info


Oxunma sayı: 33914