hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

"Koronavirus testlərində çoxlu səhvlər var"-Tanınmış HƏKİM

"Koronavirus testlərində çoxlu səhvlər var"-Tanınmış HƏKİM

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanda koronavirus infeksiyasına 76 yeni yoluxma faktı qeydə alınıb, 104 nəfər isə müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 35860 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 35 860 nəfər müalicə olunaraq sağalıb, 564 nəfər vəfat edib, aktiv xəstə sayı 1979 nəfərdir.
Ölkədə son sutka ərzində 3630 , hazırkı dövrədək isə 1013108 test aparılıb.

Qeyd edək ki, dünən ölkə ərazisində virusa yoluxma sayında xeyli azalma müşahidə edilsə də, ötən gün yoluxma sayı yenə də yüksək idi. Ölkə ərazisində bir gün əvvəl 175, dünən isə 76 nəfər virusa yoluxub.

Maraqlıdır, virusa yoluxma sayında kəskin enmə-qalxma nədən irəli gəlir? Rəqəmlər niyə kəskin dəyişir?

Tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov mövzu ilə bağlı Cebhe.info-ya danışıb. O bildirib ki, statistikada verilən məlumatların etibarlılığına inanmır: "Açığı deyim ki, statistikanın verdiyi məlumatları etibarlı hesab etmirəm. Çünki bu dəqiqə insanların çox hissəsi var ki, həmin xəstəlikdən şübhələnən kimi nə təcili yardıma müraciət edir, nə də başqa bir yerə. Gedirlər özlərinin tanıdıqları həkimlərə.

Bu dəqiqə Bakıda çox həkimlər var ki, ev şəraitində virusun müalicəsi ilə məşğul olurlar. Ümumiyyətlə, koronavirus dövründə çoxlu həkimlər var idi ki, bu işin evdən müalicəsi ilə məşğul olurdular. Hətta heç həkimlər də yox tibb bacıları belə qoşulmuşdular bu işə".

Ekspert bildirib ki, statistika ona görə dəyişir ki, orada ancaq Təcili Tibbi Yardıma müraciət edənlərin sayı qeyd edilir: "O da dəqiq informasiya olmaya bilər. Ümumiyyətlə, müşahidə aparanda görürük ki, koronavirus xəstəliklərinin yayılmasında azalma həddindən artıq çoxdur, kifayət qədər azalma var. Bu azalma da ancaq maskaların taxılması ilə bağlıdır. Maska kifayət qədər yoluxmanın qabağını kəsdiyinə görə yoluxma hallarında azalma müşahidə olunur".

Həkim-terapevt qeyd edir ki, gün ərzində aparılan testlər də etibarlı deyil: "Rusiyadan gətirilən testlərin etibarlıq dərəcəsi 40 %- dən artıq deyil. 40%-dən az etibarlığı olan testin istifadəsinə icazə verilməməlidir. Çünki test heç olmasa 70% düzgün göstərməlidir ki, onu istifadə etmək olsun. 40% etibarlılığı olan test istifadə üçün yararsızdır.

Eyni zamanda başqa immunoqlobinlə bağlı aparılan testlər var ki, həmin testlərin aparılması düzgün deyil. Çünki koronavirus dövründə bütün dünyada aparılmış həmin tipli immunoqlobinin səviyyəsində aparılan analizlərdə göstərilir ki, cəmi 4% insanın immun sistemində dəyişiklik yaranır. Qalan insanların heç birində dəyişiklik göstərilmir. Amma bizdə parta-parta immunoqlobinlə bağlı testlər edilir.

Bütün bunlar düzgün deyil. Biz çox rast gəlmişik ki, koronavirusun bütün simptomlarını daşıyanlara yazırlar ki, koronavirus yoxdur. Ya da əskinə adam var ki, koronavirusun heç bir əlaməti yoxdur, yazırlar ki, virusa yoluxub. Yəni ki, testlərin özündə belə səhvlər çoxdur".

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 2014