hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9288
  • NEFT - 42.05
  • clouds-weather

Koronavirus vaksininin tətbiqinə başlanıldı

Koronavirus vaksininin tətbiqinə başlanıldı

Çin Xalq Qurtuluş Ordusunda COVID-19 peyvəndinin istifadə edilməyə başlandığı bildirilib.

Cebhe.info xəbər verir ki, "Global Times" qəzetinin xəbərinə görə, Çinin peyvənd istehsalçılarından biri olan "Kangşinuo Biologics" (CanSino Biologics), Xalq Qurtuluş Ordusunun nəzdindəki tibbi araşdırma institutu tərəfindən ortaq hazırlanan koronavirus peyvəndinin orduda istifadə edilməsi məsələsində ölkənin ən yüksək hərbi rəhbərlik mexanizmi olan Çin Mərkəzi Hərbi Komissiyasından (ÇMHK) alındığını açıqlayıb.

"CanSino" ÇMHK-nın icazəni iyunun 25-dən verdiyini və təsdiqlənmənin bir il ərzində qüvvədə olacağını bildirib. “Ad5-nCoV” adlı peyvəndin insanlar üzərində klinik sınaqlarda uğurlu olduğu, peyvəndin təhlükəsiz və təsirli olduğu sübut olunub.

Üç mərhələdə aparılan klinik sınaqlarda ilk mərhələdə peyvəndin az sayda könüllü şəxslərdə təhlükəsiz olub-olmadığı və mümkün yan təsirləri araşdırılır.

İkinci mərhələdə etibarlılığı təsdiqlənmiş peyvəndin effektivliyi 100-dən çox insan üzərində sınaqdan keçirilir.

Üçüncü və son mərhələdə eyni prosedur bir neçə min insan üzərində təkrarlanır. Bütün bu proses aylar, hətta illərlə çəkə bilir.

Tünzalə
Cebhe.info


Oxunma sayı: 3015