hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Koronavirus xəstələrini öldürən həkimdən açıqlama: "Ağrı çəkməsin deyə etdim"

Koronavirus xəstələrini öldürən həkimdən açıqlama: "Ağrı çəkməsin deyə etdim"

Almaniyanın Essen şəhərində çalışan baş həkim reanimasiyada müalicə alan iki ağır koronavirus xəstələrinin qəsdən öldürülməsinə görə saxlanılıb.

O, öz müdafiəsində xəstələrin əziyyət çəkməsinin qarşısını almaq istədiyini deyib.

Cebhe.info xəbər verir ki, Essen Prokurorluğu və Essen Polisi tərəfindən verilən açıqlamada Essen Klinikasında çalışan 44 yaşlı baş həkimin qəsdən və qanunsuz olaraq xəstələrinə ölümlə nəticələnən dərmanlar verdiyi bildirilib.

Günahlandırılan baş həkim özünü müdafiə edərkən öldürdüyü koronavirus xəstələrindən yalnız birinin adını çəkib.

O bildirib ki, xəstə ağır vəziyyətdə olduğu üçün ona öldürücü maddə verib. Saxlanılan baş həkim barəsində həbs cəzası çıxarılıb.

Qeyd edək ki, Essen Universitetindən verilən açıqlamada da bildirilib ki, mart ayında işə başlayan həkim iki koronavirus xəstəsinə öldürücü maddə verib.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 793

Bizim Telegram səhifəmizi izləyin