hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Koronavirusa daha çox kim yoluxur? - Azərbaycanlı həkim amerikalı alimlərin fikri ilə razılaşmır

Koronavirusa daha çox kim yoluxur? - Azərbaycanlı həkim amerikalı alimlərin fikri ilə razılaşmır

Çində yayımlanan BMJ tibbi nəşri yerli alimlərin koronavirusla bağlı araşdırmalarını dərc edib.

Araşdırmada koronavirusun hansı qan qrupunda daha təsirli olduğundan bəhs edilir.

Araşdırma koronavirusa yoluxan 2713 nəfər üzərində aparılıb. Nəticədə məlum olub ki, koronavirusun ən çox təsir etdiyi qan qrupu II (37,75%), ən az təsir etdiyi qan qrupu isə I qrupdur (25,80%).

Məlumat üçün qeyd edək ki, araşdırma 18,6-45 yaş aralığında olan insanlar üzərində aparılıb. Amerika Birləşmiş Ştatlarının alimləri isə müəyyənləşdirib ki, birinci qan qrupunun sahiblərinin digərlərinə nisbətən koronavirus infeksiyasına yoluxma ehtimalı azdır.

Qeyd etmək lazımdır ki, koronavirusun seçici şəkildə hərəkət etdiyi nəzəriyyələri həkimlər və elm adamları tərəfindən uzun müddət əvvəl gündəmə gətirilib. Tədqiqatçıların çoxu da birinci qrup xəstələrin infeksiyaya daha az həssas olduqlarını bildiriblər.

Maraqlıdır, bizdə təcrübələr nə deyir? Ən çox risk daşıyan insanlar hansı qan qrupunun daşıyıcılarıdır? Ölüm halları ən çox hansı qan qrupunun daşıyıcılarında müşahidə edilib?

Mövzu ilə bağlı tibb sahəsi üzrə ekspert, həkim-terapevt Rasif Bağırov Cebhe.info-ya danışıb.

O bildirib ki, 2-ci qan qrupunun daşıyıcısı olanların yoluxma riski digərləri ilə nisbətdə daha aşağı olduğu deyilir:

"Lakin bu deyilənlərin heç birinin elmi əsası yoxdur. Bunlar kimlərinsə mülahizələrinin nəticəsidir. Doğrudur, bu haqda izahatlar verilib, danışıqlar olub, amma elmi əsaslandırması yoxdur. Düşünürəm ki, belə şeylərə inanmamalıyıq. Mən özüm də şəxsən inanmıram".

Ən çox ölüm hallarının hansı qan qruplarında müşahidə edildiyi sualımıza isə həkimin cavabı belə oldu:

"Ölüm hallarının hansı qan qruplarında çoxluq təşkil etdiyinə dair bizdə dəqiq informasiya yoxdur. Lakin xarici ölkələrdə aparılmış statistik məlumatlara görə, ölüm halları ən çox 2-ci qan qrupundan digər qruplarda baş verib. Bunlar sadəcə xarici təcrübələrə əsaslanan statistik məlumatlardır. Lakin hələ heç kim bilmir ki, o qan qruplarına təsirin səbəbi nə ilə bağlıdır".

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 1002