hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Koronavirusa qarşı peyvənd hər il vurula bilər - DİREKTOR

Koronavirusa qarşı peyvənd hər il vurula bilər - DİREKTOR

Rusiya istehsal etdiyi koronavirusa qarşı peyvəndin digər qriplərə qarşı peyvənd kimi hər il vurulmasını planlaşdırır.

Cebhe.onfo xəbər verir ki, bunu Tibbi Parazitologiya İnstitutunun direktoru Aleksandr Lukaşev deyib.

Lukaşevin sözlərinə görə, digər qriplərə qarşı peyvəndləmə noyabrdan aprelə qədər aparılır. Koronavirusa qarşı peyvəndləmənin də vurulması məhz bu müddətdə aparıla bilər:

"Koronavirusun mövsümü də digər qriplər kimi ola bilər, ancaq müxtəlif ölkələrdə başqa nüanslar da mümkündür".

Buna görə də koronavirusa qarşı peyvəndləmənin hər il aparılması gözlənilir.

İndi əsas məsələ immunitetin peyvənddən sonra nə qədər davam gətirəcəyidir. Mütəxəssis bildirib ki, peyvənd vurulduqdan sonra növbəti virusa dözümsüzlük ən tezi yarım ildən sonra özünü göstərə bilər.

Xatırladaq ki, Rusiyada koronavirusa qarşı "Sputnik V" peyvəndi avqustun 11-də qeydə alınıb. Bu, dünyada qeydə alınan ilk koronavirus peyvəndidir.

Xəzər
Cebhe.info


Oxunma sayı: 2553