hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Koronavirusa qarşı vaksinasiya həmişə pulsuz olacaq? - AÇIQLAMA

Koronavirusa qarşı vaksinasiya həmişə pulsuz olacaq? - AÇIQLAMA

ABŞ-ın transmilli əczaçılıq, tibbi ləvazimatlar və kosmetika məhsulları şirkəti, “Johson & Johnson” koronavirus peyvəndinin pandemiya tam aradan qalxana qədər ardıcıl bir neçə il vurulmasının zəruri olduğunu bəyan edib.

Şirkətin baş direktoru Aleks Qorski bu barədə “The Wall Street” jurnalının Texnoloji Səhiyyə konfransındakı çıxışında bildirib.

O, ABŞ və ÜST-ün koronavirus infeksiyasına qarşı təcili vasitə kimi təsdiqlədiyi “Johson & Johnson” peyvəndini COVID vaksininin ildə ən azı bir dəfə vurulmasını təklif edib.

“Biz buna qripə qarşı peyvəndlə yanaşı baxmalı və böyük ehtimalla bir neçə il ardıcıl icra etməliyik”, - deyə Qorski konfrans iştirakçılarına bildirib.

“Johson & Johnson” peyvəndi ABŞ-da koronavirusa qarşı istehsal olunan digər iki əsas vaksin - “Pfizer” və “Modern”adan fərqli olaraq, yalnız bir dozada tətbiq olunur. Hər üç peyvənd həm ABŞ-da, həm də beynəlxalq səviyyədə yüksək effektivlik nümayiş etdirib.

“Johson & Johnson” 2020-ci ilin avqustunda ABŞ hökuməti ilə 300 milyon doza vaksinin təchiz edilməsinə dair 1 milyard dollarlıq müqavilə imzalayıb.

“Pfizer” vaksinini işləyib hazırlayan əsas tərəfdaş – “BioNTech" şirkətinin baş direktoru Uğur Şahin mayın əvvəlində “CNBC” televiziyasına müsahibəsində insan bədənində virusa qarşı antitellərin 8 ay ərzində sürətlə zəiflədiyini bildirib.

Qeyd edək ki, Azərbaycanda bu həftədən etibarən koronavirusa qarşı “Pfizer/BioNTech” peyvəndinin tətbiqinə başlanılıb.

Maraqlıdır, Azərbaycanda tətbiq olunan vaksinlər həmişə pulsuz olacaq?

Məsələ ilə bağlı Cebhe.info-ya danışan həkim-terapevt Rasif Bağırov bildirib ki, ilkin olaraq koronavirusa qarşı vaksinlərin vurulması prosesinə başlanılıb:

“Hələlik alimlər müəyyənləşdirə bilməyiblər ki, mükəmməl və davamlı vaksin əldə etməkdən ötrü bu vaksinlər neçə dəfə vurulmalıdır. Məsələn, Almaniya istehsalı olan “Pfizer/BioNTech” vaksini 2 dəfə vurulub. Mütəxəssisləri bildirir ki, bu vaksin iki dəfə vurulub və bir ildən sonra təkrar bir dəfə də vurulmasına ehtiyac var. Belə ki, bütün vaksinlərin hansının daha davamlı effekt yarada bilməsi məsələsi tam öyrənilməyib. Hazırda Çindən gətirilən vaksinin 50-60 % effekti var, çox zəifdir. Təbii ki, 50 faiz effekti olan bu vaksin insanların 40 faizində antitel yaratmayacaqsa, deməli vaksinin tərkibində müəyyən dəyişikliklər edilməlidir”.

Həkim qeyd edib ki, bu ümummilli təhlükəsizlik məsələsi olduğuna görə, vaksinasiya daha dəqiq olmalıdır:

““AstraZaneca, “Pfizier” və “Johnson and Johnson” peyvəndlərinin təsir mexanizmi fərqlidir. Məsələn, Avropada istifadə olunan vaksinlərin 92-95 % effekti varsa, Çindən gətirilən vaksinin isə 50-60 faiz effekti var. Yəni bu əhali arasında işləndikcə alimlər tədqiqatçılar hansı vaksini daha çox istifadə etmək olar məsələsini dəqiqləşdirəcək. Fikrimcə, Qorskinin COVID vaksinin ildə ən azı bir dəfə vurulması təklifi ağlabatandır.

Azərbaycanda koronavirusa qarşı vaksin həmişə pulsuz olacaqmı sualına gəldikdə isə, bunu qeyd etmək lazımdır ki, hər hansı ölkədə epidemiya halı baş vermiş olarsa, təbii ki, hökumət onu pulsuz etməlidir:

“Əksinə epidemiya kütləvi xarakteri daşımırsa, o zaman kim istəsə vurdura, ya da vurdurmaya bilər. Eyni zamanda bunu ödənişli əsaslarla da etmək olar”.

Ülviyyə Mirzəyeva
Cebhe.info


Oxunma sayı: 969