hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Koronavirusa yoluxan həkimin vəziyyəti ağırlaşdı

Koronavirusa yoluxan həkimin vəziyyəti ağırlaşdı

Koronavirusa yoluxan 1 saylı Kliniki Tibbi Mərkəzin reanimatoluqu Kərəm Yaqubovun vəziyyəti ağırlaşıb.

Cebhe.info xəbər verir ki, bu barədə tanınmış uroloq-həkim Vasif İsmayıl özünün “Facebook” hesabında məlumat verib.

O bildirib ki, Kərəm Yaqubov koronavirusla mübarizədə ön cəbhədə vuruşan qəhrəmanımızdır.

“Kərəm dosrumuz Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində koronavirus xəstələrinə baxarkən virusa yoluxdu. Hazırda Bakı Sağlamlıq Mərkəzində intubasiya olub və ağır vəziyyətdədir. Əlimizdən gələn köməyi əsirgəməyək. Xalqımız bu qəhrəmanları unutmamalıdır”,- deyə həkim əlavə edib.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 881