hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.8580
  • NEFT - 34.17
  • clouds-weather

Koronavirusa yoluxan yaşlı cütlük sağaldı - VİDEO

Koronavirusa yoluxan yaşlı cütlük sağaldı - VİDEO

Türkiyənin paytaxtı Ankarada koronavirusa yoluxan 80 və 89 yaşlı cütlük sağalıb.

Cebhe.info xəbər verir ki, cütlük 13 günlük müalicədən sonra evlərinə göndərilib.

Xəstəxana işçiləri onları alqışlarla yola salıb. Xəstələrin müalicəsində Çindən gətirilən dərman istifadə olunub. Onların immun sistemi müqavimətli olduğu, sağlam qidalandıqları və siqaret çəkmədikləri üçün koronavirusa qalib gəldikləri bildirilib.

Son rəqəmlərə görə, Türkiyədə 30 min 217 nəfər koronavirusa yoluxub. Onlardan 649 nəfəri dünyasını dəyişib. 1 326-sı sağalıb. 1 415 nəfərin vəziyyəti kritikdir.


Cebhe.info


Oxunma sayı: 1365