hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Koronavirusdan daha təhlükəli virus aşkarlandı: "Meymun çiçəyi"

Koronavirusdan daha təhlükəli virus aşkarlandı: "Meymun çiçəyi"

Böyük Britaniyada “meymun çiçəyi” virusu aşkar olunub.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı İngiltərə Səhiyyə Naziri Matt Hankok təsdiq edib. Nazirin sözlərinə görə, koronavirus pandemiyasından da təhlükəli olan “meymun çiçəyi” iki nəfərdə tapılıb.

Dəri üzərində su çiçəyi kimi qabarcıqlara səbəb olan ölümcül virusun meymunlar, siçovullar, dələ və digər kiçik məməlilər tərəfindən yayıldığı bildirilib. Nazir həmçinin də,virusun ilk daşıyıcısının xaricdən gəldiyini qeyd edərək, virusun ilkin mənbəsini mərkəzi və qərbi Afrika ölkələrinin ucqar bölgələrində, tropik meşələrində olduğunu söyləyib.

Qeyd edək ki, “meymun çiçəyi” virusunun ilkin simptomları hərarət, baş ağrısı, şişkinliklər, bel ağrısı və ümumi narahatlıqdır. Nazir insanlara yeni virusdan qorunması barədə xəbərdarlıq edib.

Cebhe.info


Oxunma sayı: 727