hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0224
  • EURO - 2.9898
  • NEFT - 64.70
  • clouds-weather

Koronavirusdan ölənlərə 9 min dollar veriləcək-QƏRAR

Koronavirusdan ölənlərə 9 min dollar veriləcək-QƏRAR

Hər bir şəxsin dəfn xərclərinin ödənilməsi üçün hökumət tərəfindən dəstək proqramı işə salınır. Artıq gələn həftədən vətəndaşlara dəfn xərcləri üçün 9 min dollar təqdim ediləcək.

Cebhe.info xəbər verir ki, qərarı ABŞ Prezident Co Baydenin administrasiyası qəbul edib.

“The Washington Post" yazır ki, bu vəsait COVID-19-dan vəfat edən hər bir amerikalı üçün ödəniləcək. Proqram gəlirindən asılı olmayaraq, yaxınını virusdan itirən hər bir ailəyə şamil olunacaq. İstisna ancaq başqa proqram üzrə həmin vəsiti alanlarla bağlı olacaq. Hələlik vəsaitin neçə nəfərə veriləcəyi bəlli olmadığından, proqramın tutumu da açıqlanmır.

Administrasiya proqramın qəbuluna səbəb kimi ölkədə koronavirusdan ölümlərin çox olmasını göstərib. Artıq 557 min nəfər virusdan vəfat edib.

Xəzər

Cebhe.info


Oxunma sayı: 7591