hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

Koronavirusdan sonra öldürən qızdırma:"Azərbaycana da gələ bilər" – İNFEKSİONİST

Koronavirusdan sonra öldürən qızdırma:"Azərbaycana da gələ bilər" – İNFEKSİONİST

Xəbər verdiyimiz kimi, Tbilisidə 49 yaşlı qadın Krım-Konqo hemorragik qızdırmasından dünyasını dəyişib.

Samtsxe Cavaxeti bölgəsinin sakini olan pasiyent iki gün öncə ağır vəziyyətdə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına çatdırılıb.

Qadın reanimasiyaya yerləşdirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bu ayın əvvəlində Gürcüstanın Milli Qida Agentliyi Krım-Konqo hemorragik qızdırma xəstəliyinin qarşısını almaq üçün əhaliyə bir sıra tövsiyələr təqdim edib.

Maraqlıdır, qonşu ölkədə rast gəlinən bu xəstəlik Azərbaycanda da yayıla bilərmi?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən infeksionist Mərdan Əliyev bildirib ki, bunun ölkəyə gəlmə ehtimalı böyükdür:

"Əlbəttə, bu xəstəlik Azərbaycana da gələ bilər. Xəstəlik hemorragik qızdırmalar qrupuna aiddir. Hətta Afrikada, Avropada endemik zonalarda olan xəstəliklər ki, var, onlar da Azərbaycana gələ bilər.

Yəni təkcə qonşu ölkədən yox, digər ölkələrdən də bu tipli xəstəliklərin yayılması, ölkəmizə gəlməsi mümkündür. Əslində Krım-Konqo qızdırması zaman-zaman Azərbaycanda da olub. Qonşu ölkələrdə də müəyyən vaxtdan bir aşkarlanır.

Buna görə də endemik zonadan gələn turistlər mütləq müayinə olunmalıdır. Əgər qızdırma varsa, mütləq müayinə edilib daha sonra ölkəyə buraxılır. Deyək ki, Gürcüstanda bir nəfərdə belə bu xəstəlik aşkar edilibsə, oradan gələn turistlər müayinədən keçməlidir. Ancaq bu yolla onun qarşısını almaq olar".

İnfeksionist xəstəliyin əlamətləri və koronavirusdan fərqli cəhətlərini də açıqlayıb:

"Hemorragik qrupda olan xəstəliklər daha təhlükəli olur. Qan sızma, qan laxtalanması kimi əlamətlərlə müşahidə olunur. Öldürmə ehtimalı da daha çoxdur. Koronavirusdan isə bir çox əlamətinə görə fərqlənir.

Çünki koronavirus infeksiyası kəskin respirator xəstəliklər qrupuna daxildir. Amma bu Krım-Konqo və digər hemorragik qrupa daxil olan xəstəliklər tənəffüs yolu ilə yox qanla keçir. Koronavirusdan fərqli olaraq, yoluxdurna ehtimalı xeyli dərəcədə azdır".

Naibə
Cebhe.info


Oxunma sayı: 1915