hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

Koronavirusla mübarizəyə nə qədər pul toplanıb? - SON RƏQƏM

Koronavirusla mübarizəyə nə qədər pul toplanıb? - SON RƏQƏM

Bu gün saat 16:00-a olan məlumata görə, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 113,633,730 manat ianə toplanıb.

Ötən gün saat 14:17-nın məlumatına görə, 2 min 925 nəfər fiziki şəxs Fonda yardım edib.

Cebhe. info-nun məlumatına görə, Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılan vəsait hələ xərclənməyib.

Bu günlərdə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Fonda yığılan vəsaitin xərclənməsi mexanizminin tam formalaşmadığını bildirib. Həmçinin, bununla bağlı komissiya yaradılacağını, orada alimlər, deputatlar, maliyyəçilər, iqtisadçıların təmsil olunacağını, vəsaitin hansı istiqamət üzrə xərclənəcəyinə komissiya üzvlərinin qərar verəcəklərini deyib. Xatırladaq ki, bu il martın 19-da ölkə başçısı İlham Əliyevin sərəncamı ilə ölkədə əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrılıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və adı çəkilən fondun İctimai Nəzarət Şurasının üzvü Ziyad Səmədzadə Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanmış vəsaitlərin xərclənməsi üzərində ciddi nəzarətin olacağını bildirib. Fondun fəaliyyətinin şəffaf olması məqsədilə İctimai Nəzarət Şurası yaradılıb. İctimai Nəzarət Şurasının üzvü Fərhad Bədəlbəylinin sözlərinə görə, Fonddakı vəsaitlərin xərclənmə istiqamətlərini bütün cəmiyyət biləcək:

"Xərclənmə zamanı sosial problemlərin həlli, həkimlərin ailə üzvlərinin sosial müdafiəsi, sığortalanması kimi məsələlər əsas yer tutacaq. Sosial problemlərin monitorinqi də aparılmalıdır. Ümumilikdə 8 xərc istiqaməti müəyyən edilib”.

Alçina Amilqızı
Cebhe. info


Oxunma sayı: 3400