hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

Koronavirusla mübarizəyə toplanan 114 milyon hara xərclənir? - Peyvənd, mükafat, təbliğat... - BİZİM TƏQDİMAT

Koronavirusla mübarizəyə toplanan 114 milyon hara xərclənir? - Peyvənd, mükafat, təbliğat... - BİZİM TƏQDİMAT

Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsini zəruri edib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün yaradılıb. Bu qəbildən olan fond dünyada ilk dəfə Azərbaycanda təsis edilib. Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

Fond 2020-ci il dekabrın 31-dək fəaliyyət göstərib.

Maraqlıdır, Fonda nə qədər vəsait yığılıb? Yığılan vəsaitlər hara xərclənib?

Cebhe.info mövzu ilə bağlı araşdırmanı təqdim edir.

Qeyd edək ki, ümumilikdə fonda 114,268,840 milyon manat vəsait toplanıb. İlk olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib. Ardınca Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq bir illik əməkhaqqı məbləğini ianə edib. Dövlət başçısının ardınca Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ianə edənlərin sayı artıb. Dövlət büdcəsindən ayırmalarla yanaşı, hüquqi və fiziki şəxslərdə könüllü olaraq fonda ianələr edirdlər.

Bu sırada Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzeti də olub. Müxtəlif dövlət qurumları, şirkətlərlə bərabər ayrı-ayrı məşhur şəxslərdə bu könüllü aksiyada iştirak edirlər. Məsələn, Rusiyanın nüfuzlu iş adamı Qod Nisanov fonda 2 000 000 manat, digər Azərbaycan əsilli rusiyalı biznesmen Fərhad Əhmədov isə fonda 1 000 000 manat vəsait köçürüb. Ümumilikdə KMDF-na 3395 hüquqi şəxs, 12,532 fiziki şəxs ianə verib.

Yanvar ayının 14-nə olan məlumata əsasən, COVID-19-a qarşı vaksinlərin alınması üçün Koronavirusla Mübarizəyə Dəstək Fondundan təqribən 46,1 milyon manat vəsait xərclənib.

Ümumilikdə Fondun vəsaitləri aşağıdakı istiqamətlər üzrə xərclənib:

Tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə;

• Tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə;

• Xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına; • Nəzarət və monitorinqlərin təşkilinə və həyata keçirilməsinə;

• Tibb sahəsində elmi tədqiqat işlərinin maliyyələşdirilməsinə;

• Tibb sahəsində mütəxəssislərin hazırlanmasına;

• Təbliğat və maarifləndirmə işlərinə;

• Koronavirusla mübarizə istiqamətində həyata keçirilən digər tədbirlərə.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 1178