hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 1.9208
  • NEFT - 70.55
  • clouds-weather

Koronavirusun 32 mutasiyalı yeni ştammı və aqibətimiz: Necə olacaq?

Koronavirusun 32 mutasiyalı yeni ştammı və aqibətimiz: Necə olacaq?

Koronavirusun digərlərindən ağır ola biləcək daha bir ştammı aşkarlanıb.

Bu barədə "Daily Mail" məlumat yayıb. Məlumata görə, yeni ştamm artıq Cənubi Afrika Respublikası, Botsvana və Honq-Konqda qeydə alınıb. B.1.1.529 adlı yeni COVID-19 ştammı ilə on yoluxma müəyyən edilib. Ştammın tərkibində 32 mutasiya var ki, onlardan bəziləri yüksək ötürülmə qabiliyyəti və vaksinlərə qarşı müqaviməti ilə seçilir. Mutasiyalar zəif immun sistemi olan, o cümlədən HİV və ya QİÇS xəstələrini daha tez yoluxdurur.

Mövzu ilə bağlı Cebhe.info-ya tibb üzrə ekspert Rasif Bağırov danışıb.

Həkim bildirib ki, əgər virusun kökü kəsilməyibsə, yeni ştammların yaranması qaçılmazdır:

"Yeni ştammların zamanla yaranması mütləqdir. Çünki virus çox yaşadıqca, özündən yeni- yeni ştammlar yaradır. Virus nə qədər tez məhv olsa, bir o qədər yaxşıdır".

Tibb eksperti deyib ki, ölkəmizdə konkret olaraq elmi-təqdqiqatla məşğul olan mərkəzlərimiz yeni yaranmış ştammların təsiri barədə hələ məlumat verə bilmirlər:

"Bizdə virus, onun növləri tədqiq edilmir. Ancaq saytlardakı dərc olunan informasiya ilə kifayətlənirlər. Sözügedən ştammın nə dərəcədə ağır olmasını, özünü necə aparmasını praktikada görəcəyik".

Rasif Bağırov hesab edir ki, virus mutasiyası nə qədər ağır olsa da, vaksinasiya olunanlar yoluxsa da, xəstəliyi yüngül keçirəcəklər:

"Kimlər ki, vaksinasiya olunmayıb, yaxud da bədənində kifayət qədər immunitet yaranmayıb, həmin şəxslərdə yoluxma çətin keçə bilər".

Şəlalə Babayeva
Cebhe.info


Oxunma sayı: 540