hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Koronavirusun dərmanı hazırlanıb-Nazir AÇIQLADI

Koronavirusun dərmanı hazırlanıb-Nazir AÇIQLADI

Rusiyada Covid-19 virusunun peyvəndi hazırlanıb. Cebhe info xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Mixail Muraşko açıqlama verib. Onun sözlərinə görə, koronavirusun peyvəndi Qamaley İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanıb.

“Qamaley İnstitutunda hazırlanmış vaksin klinik təcrübədən keçib. Dərmanın qeydiyyata alınması üçün lazım olan sənədlər hazırlanır”-deyə, nazir bildirib. Muraşko vaksinin 2 ay ərzində könülllər üzərində sınaqdan keçiriləcəyini bildirib.

Səhiyyə naziri oktyabr ayından etibarən vaksinin kütləvi şəkildə tətbiq ediləcəyini vurğulayıb.

Aydın
Cebhe.info


Oxunma sayı: 3389