hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Koronavirusun ən az və ən çox yayıldığı ölkələr – BİZİM TƏQDİMAT

Koronavirusun ən az və ən çox yayıldığı ölkələr – BİZİM TƏQDİMAT

Bütün dünyanı cənginə alan koronovirus pandemiyası 220 ölkədə yayılıb.

Xatırladaq ki, 2019-cu ildə Çindən bütün dünyaya sürətlə yayılmağa başlayan bu təhlükəli virus hazırkı günə qədər davam etməkdədir.

Koronavirus pandemiyası bu günə kimi dünyada 3 milyon 857 min 872 nəfərin həyatına son qoyub.

Hazırda infeksiyasına yoluxanların sayı 178 milyon 201 min 262 nəfərə çatıb. 162 milyon 708 min 747 infeksiya daşıyıcısı isə xəstəlikdən sağalıb.

Cebhe.info koronavirusun ə az və ən çox yayıldığı ölkələrin statistikasını təqdim edir.

*Azərbaycanda indiyədək 335 min 339 nəfər bu virusa yoluxub. 329 191 nəfər insan koronavirusdan sağalıb. 4 959 nəfər isə dünyasını dəyişib. Hazırda ölkədə 1 189 aktiv koronavirus xəstəsi var. Eyni zamanda pandemiyaya yoluxan 329 191 insan isə sağalaraq evə buraxılıb. 2 877 878 insan isə koronavirusa qarşı aşılanıb.

*Qonşu Gürcüstanda yoluxanların ümumi sayı 357 591 nəfərdir. Təxminən 5 131 şəxs bu virusdan dünyasını dəyişib. 343 377 nəfər isə virusdan sağalıb. Hazırda Gürcüstanda 9 083 aktiv koronavirus xəstəsi var.

*Ermənistanda isə indiyədək 224 086 min insan koronavirusa yoluxub. 4 min 492 nəfər ölüb, sağalanların sayı isə 215 893 nəfərdir. 3 701 aktiv xəstə var.

*Dünyada COVID-19 virusundan ölüm sayına görə lider ölkə Amerikadır. Hazırda ABŞ-da yoluxanların sayı 34 377 592 -i keçib. İndiyədək Amerikada 616 440 nəfər isə virusa yoluxaraq həyatını itirib.

*COVID-19-a yoluxanların ən çox olduğu ölkələr ABŞ, Hindistan, Braziliya, Fransa, Türkiyə, Rusiya, İngiltərə, İtaliya, Rusiya, Argentina, Kolumbiya, İspaniya, Almaniya, İran, Polşa, Meksika, Ukrayna, Peru, İndoneziya, Niderland, Çexiya, Kanada, İraq və Filippindir.

*Hindistanda artıq 29 762 793 nəfər koronavirus infeksiyasına yoluxub. Virusdan ümumi 383 521 nəfər həyatını itirib.

*Braziliyada isə koronavirusdan ölənlərin sayına görə İtaliyanı keçib. İndiyədək Braziliyada koronavirusdan 496 172 nəfər ölüb. Ölkədə 17 704 041 insan infeksiyaya yoluxub. Braziliya Səhiyyə Nazirliyinin məlumatına görə, son sutkada koronavirusdan 2 318 nəfər ölüb.

*Fransa isə virusa yoluxanların sayına görə dünya üzrə COVID statistikasında 4-cü yerdə qərarlaşıb. İndiyədək infeksiyaya yoluxanların ümumi sayı 5 749 691 nəfərə çatıb. Qeyd edək ki, Fransada koronavirusdan indiyədək ölənlərin ümumi sayı 110 634-ə çatıb. 102 794 aktiv xəstə var.

*Dünyada koronavirusun ən az yayıldığı ölkələr Malta, Sudan, Avstraliya, Ruanda,Tacikistan, Somali, Baham adaları,Sinqapur, Maldiv adaları, Lixtenşteyn, San Marino, Əfqanıstan, Liviya, Qatar və Moldovadır.

Ülviyyə Ayzər qızı
Cebhe.info


Oxunma sayı: 683