hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Koronavirusun gözlənilməz nəticəsi ÜZƏ ÇIXDI

Koronavirusun gözlənilməz nəticəsi ÜZƏ ÇIXDI

Koronavirus keçirən bəzi xəstələr diş tökülməsindən şikayətlənib.

BiG.AZ xəbər verir ki, bu barədə "Huffington Post" yazır.

Bioloq Uilyam Linin sözlərinə əsasən, yoluxanlarda dişlərin korlanması qan dövranı ilə əlaqədar ola bilər, çünki infeksiya damarlara təsir göstərir. Bu, trombların yaranmasına və qan dövranının yaxşı işləməməsinə səbəb ola bilər.

Beləliklə, koronavirusun səbəb olduğu damar zədələnməsi zamanla diş problemlərinə gətirib çıxara bilər.

"Northwell Health" səhiyyə şəbəkəsinin direktoru Erik Çoe-Pena bildirib ki, "COVID-19" ağızda olan ACE2 reseptorlarına təsir edir.

Ekspert hesab edir ki, alimlər koronavirus infeksiyası ilə diş sağlamlığı arasındakı əlaqə barədə birmənalı nəticə çıxarmazdan öncə əlavə araşdırmalar aparılmalıdır.

Cebhe.info


Oxunma sayı: 936

Bizim Telegram səhifəmizi izləyin