hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0224
  • EURO - 2.9898
  • NEFT - 64.70
  • clouds-weather

Koronavirusun yeni ştammı Azərbaycanda qeydə alınıbmı? - RƏSMİ CAVAB

Koronavirusun yeni ştammı Azərbaycanda qeydə alınıbmı? - RƏSMİ CAVAB

Son günlər koronavirusun Britaniya, Afrika kimi yeni ştammları üzə çıxıb.

Alimlərin gəldiyi qənaətə görə, mutasiyaya uğrayan virusun yoluxdurma faizi daha yüksəkdir, lakin öldürücülük faizi aşağıdır. Afrika ştammı ilə müqayisədə, Britaniya ştammı artıq qonşu Türkiyə də olmaqla, 50-dən çox ölkədə yayılıb.

Ötən gün Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze də koronavirusun yeni ştammına üç yoluxma halının təsdiqləndiyini bildirib.

Onun sözlərinə görə, eyni zamanda yoluxanların təmasda olduğu 31 nəfər də artıq müəyyən edilib.

"Yoluxma faktları koronavirusun mutasiya etmiş növləri, böyük ehtimalla Britaniya ştammıdır", - deyə o əlavə edib.

Maraqlıdır, qonşu ölkələrdə yayılan koronavirusun yeni ştammına Azərbaycanda da rast gəlinibmi?

Məsələ ilə bağlı TƏBİB-dın Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, hələ ki, belə bir hal müşahid edilməyib:

"İndiyədək Azərbaycanda virusun yeni ştammına yoluxma halı qeydə alınmayıb. Əgər belə bir hal müşahidə edilərsə, ictimaiyyətə mütləq məlumat veriləcək".

Naibə
Cebhe.info


Oxunma sayı: 1024