hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

Koronavirusun ziyan vurduğu transfer çalışmaları: Klublarda son vəziyyət – BİZİM ARAŞDIRMA

Koronavirusun ziyan vurduğu transfer çalışmaları: Klublarda son vəziyyət – BİZİM ARAŞDIRMA

Azərbaycan Premyer Liqasının klubları yay transfer pəncərəsinin açılmamasına rəğmən 2019/2020 mövsümünün transfer çalışmalarını davam etdirir.

Cebhe.info xəbər verir ki, artıq bəzi klublarımız heyətinə yeni futbolçu cəlb edib, bəziləri futbolçusu ilə müqavilə müddətini artırıb, bəziləri də bir neçə oyunçusu ilə yollarını ayırıb.

Hazırda koronavirusun təsirinin davam etməsi transfer çalışmalarında da özünü göstərir. Buna görə də biz ən çox çempionatdaxili transferlərin şahidi oluruq. Təkcə ölkə daxilində deyil, xarici çempionatlarda da eyni tendensiya davam etməkdədir.

Hazırda isə yerli liqada davam edən transfer çalışmalarını diqqətinizə çatdırırıq:

Mövsümün qalibi "Qarabağ" Maqaye Qeye, Vaqner da Silva, Ailton Silva, Faysal Rerrasla yollarını ayırıb. Bundan əlavə, komandanın kapitanı Rəşad Sadıqov kariyerasını bitirib. Hələlik klub hər hansı bir futbolçu ilə anlaşmayıb və ya hər hansı oyunçu ilə müqavilə müddətini artırmayıb. Lakin futbol üzrə Azərbaycan millisinin qapıçısı Emil Balayevin və Ağdam təmsilçisinin keçmiş futbolçusu Donald Geryenin adı tez-tez "Qarabağ"la hallanır. Xatırladaq ki, Donald Gerye ötən mövsümü "Neftçi"də keçirib. 2017/2019 mövsümündə isə "Qarabağ"ın heyətində çıxış edib.

Bu mövsümün II "Neftçi" Vild-Donald Gerye, Tural Axundov, Soni Mustivar, Vangelis Platellas, Baqali Dabo ilə yollarını ayırıb. Klub "Keşlə"dən Cabir Əmirlinin transferinə nail olub. Həmçinin "ağ-qaralar" Anton Krivotsyuk, Emin Mahmudov, Ömər Buludov, Kamran İbrahimov ilə müqavilə müddətini uzadıb.

Mövsümün bürünc medalçısı "Keşlə" Tural Axundovu ("Neftçi"), Şəhriyar Əliyevi ("Sumqayıt") rənglərinə bağlayıb. Cabir Əmirli ("Neftçi"), Ruslan Qurbanov, Slavik Alxasov ("Sabah") ilə müqavilə müddətini artırmayıb. Bakı təmsilçisi Ruslan Əmircanov, Tərlan Quliyev, Azər Salahlı, Vüsal İsgəndərli, Miyusko Boyoviç, Azər Salahlı, İkin Qırtımov, Rəşad Əzizli, Con Kamara ilə müqavilə müddətini uzadıb.
Kubokun qalibi elan edilən "Sumqayıt" isə Şəhriyar Əliyevlə yollarını ayırıb. Qeyd etdiyimiz kimi, futbolçu "Keşlə" ilə anlaşıb. "Kimyaçılar" indilik heç bir futbolçunu heyətinə cəlb etməyib və hər hansı oyunçu ilə müqavilə müddətini artırmayıb.

"Zirə" isə hələlik sakitliyini qoruyur. Klub nə müqavilə imzalayıb, nə müqavilə müddətini artırıb, nə də hər hansı bir futbolçu komandanı tərk edib.

"Sabah"a gələnlər sırasında isə Amin Seydiyev, Samir Məhərrəmli, İdris İnqilablı (hamısı “Qəbələ”) və Slavik Alxasovun ("Keşlə") adı yer alır. Paytaxt klubu ilə Kərim Diniyev və Vadim Abdullayevlə yollarını ayırıb. Marko Deviç isə kariyerasını bitirib. Xulio Sezar Rodriges, Saşa Stamenkoviçlə müqavilə müddəti uzadılıb.

"Səbail" də sükutu pozamamaqdadır. Klub hələlik transfer çalışmalarına start verməyib.

Bu mövsümün sonuncusu "Qəbələ" Amin Seydiyev, Samir Məhərrəmli və İdris İnqilablı (hamısı “Sabah”la) ilə yollarını ayırıb. Gələn və müqavilə müddətini artıran futbolçu isə yoxdur.

Naibə
Cebhe.info


Oxunma sayı: 2091