hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Korrupsiyada ittiham edilən məmurun müəmmalı ölümü

Korrupsiyada ittiham edilən məmurun müəmmalı ölümü

Ev dustaqlığında olan Rusiya Federasiyasının Tambov vilayətinin vitse-qubernatoru Qleb Çulkov ölüb. 

Cebhe.info xəbər verir ki, Çulkov 5-ci mərtəbədən yerə yıxılıb və hadisə yerindəcə həlak olub. Hadisə bu gün səhər saat 8.00-də baş verib. Çulkov anasının yaşadığı mənzildə yaşayırmış. Tambov vilayəti istintaq idarəsi ölüm faktını təsdiq edib. 

Qeyd edək ki, oktyabrın 16-da saxlanılmış vitse-qubernator istintaq aldında idi. O, dövlət əmlakını talamaqda, fırıldaqçılıqda ittiham edilirdi.

Aydın
Cebhe.info


Oxunma sayı: 1541