hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Kosmik turizm erası belə başlayır - Milyarder açıqladı

Kosmik turizm erası belə başlayır - Milyarder açıqladı

Dünyanın ən varlı adamlarından biri və kosmik turizm sahəsində layihələr həyata keçirən milyarder Ceff Bezos kosmik turizmin inkişafının insanlara Yer planetini kənardan seyr etməyə və onun qorunması üzrə məsuliyyəti artırmağa kömək edəcəyi qənaətindədir.

Milli.Az bildirir ki,"Amazon" və kosmik proqramlar həyata keçirən "Blue origin" şirkətlərinin sahibi bu fikirləri CBS televiziyasına müsahibəsində səsləndirib.

Bezos bildirib ki, kosmik turizmin həyata keçirilməsi erası 11 dəqiqəlik qısamüddətli uçuşlarla başlayacaq.

"Sizin Yerin atmosferinin ən ucqar təbəqəsini görmək imkanınız olacaq və onda planetimizin nə dərəcədə müdafiəsiz olduğunu anlaya biləcəksiniz. Heç olmasa bir dəfə kosmosa uçan adamlar yaxşı bilirlər ki, onların düşüncə tərzində necə dəyişiklik baş verib. Bu insanlar planetimizin necə ecazkar, eyni zamanda kiçik və kövrək olduğunu dərk ediblər. Bu, Yer kürəsində - kosmosdan aşağıda yaşayanların anlaya bilməyəcəkləri hisslərdir", - deyə milyarder əlavə edib.

"Blue Origin" şirkəti yanvarda kosmik turizm üçün nəzərdə tutulan "Nyu Şepard" pilotsuz suborbital kosmik gəmisinin onuncu sınağını keçirib. Bu aparat NASA-nın ilk astronavtı Alan Şepardın şərəfinə adlandırılıb.

Cebhe.info


Oxunma sayı: 914