hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Kosmos savaşı: ABŞ Rusiyaya qarşı xüsusi silah hazırlayır

Kosmos savaşı: ABŞ Rusiyaya qarşı xüsusi silah hazırlayır

Pentaqon rəhbərinin müavini Patrik Şanahan, 2018-ci ilin son günlərində Prezident Donald Trampın imzası ilə qurulan ABŞ Kosmik Qüvvələr Komandanlığı (USSF) ilə əlaqədar açıqlama verib.

Cebhe.info xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Administrasiyası 2020-ci il dövlət büdcəsini tərtib edən zaman, ABŞ Kosmik Qüvvələr Komandanlığına büdcədən 2 milyard vəsait ayırıb. Amma P.Şanahan yaxın zamanlarda bu məbləğin daha da artacağını proqnozlaşdırır. Çünki Pentaqon USSF-nin ABŞ-ın Hərbi-Hava Qüvvələrindən fərqli bir qurum olduğunu düşünür.

Pentaqon rəhbərinin müavini bildirib ki, ABŞ Kosmik Qüvvələr Komandanlığına 15 il ərzində 20 min mütəxəssis cəlb ediləcək.

P.Şanahan qeyd edib ki, ABŞ Kosmik Qüvvələr Komandanlığının əsas vəzifəsi, Çin və Rusiya tərəfindən inkişaf etdirilən hipersonik nüvə başlıqları daşıyan silahların qarşısını almaqdır.

Əhməd
Cebhe.info


Oxunma sayı: 902