t Kral ailəsində yeni qalmaqal: Gəlinin atası da ona qarşı çıxır - MƏHKƏMƏ
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8782
  • NEFT - 60.86
  • clouds-weather

Kral ailəsində yeni qalmaqal: Gəlinin atası da ona qarşı çıxır - MƏHKƏMƏ

Kral ailəsində yeni qalmaqal: Gəlinin atası da ona qarşı çıxır - MƏHKƏMƏ

İngiltərə kral ailəsinin gəlini, keçmiş aktrisa, şahzadə Harrinin arvad Meqan Marklinin atası onun əleyhinə çıxış edəcək.

Cebhe.info xəbər verir ki, şəxsi məktubun qanunsuz dərci ilə bağlı məhkəmə prosesində Marklinin atası şahid qismində ifadəyə hazır olduğunu deyib.

Məktubunda Markli atasından xahiş edib ki, yalan danışmasın və belə çıxışlarla pul qazanmasın. Məktub dərc olunanda şahzadənin xanımı “The Mail on Sunday"ı şəxsi məktubun dərcində ittiham edib. Bildirib ki, məktub onun razılığı olmadan dərc olunub. Ancaq nəşrin vəkilləri bildirib ki, məktub həqiqətin üzə çıxarılması və ədalət naminə yayılıb. 

Məhkəməyə təqdim olunan materiallarda göstərilib ki, atası Tomas Markli onunla dəfələrlə əlaqə yaratmağa cəhd edib. Ancaq Meqan atasının zənglərinə cavab verməyib. Bundan başqa ata qızının toyuna dəvət edilməyib, üstəlik ürək əməliyyatından sonra heç kəs onun halını soruşmayıb. Tomas Markli qızının təhsili üçün pul ödəmədiyinə dair xəbərlərə də etiraz edib.

Bütün bu hadisələr şahzadə Harri və arvadının kral ailəsinin böyük üzvü statusundan imtinasından sonra baş verib. Qərar ailənin digər üzvləri tərəfindən dəstəklənməyib. Ailə məclisində ancaq kraliça 2-ci Yelizaveta nəvəsini dəstəkləyib. Ancaq bu şəraitdə də şahzadə və arvadının xərclərinin necə və kim tərəfindən qarşılanacağı, eləcə də necə qorunacaqları məsələsi həllini tapmalıdır. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 1794