hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9162
  • NEFT - 66.89
  • clouds-weather

Kral sarayının gəlininin bütün sirləri açıldı: İlk ərindən boşanmadan şahzadə ilə evliliyə qədər…

Kral sarayının gəlininin bütün sirləri açıldı: İlk ərindən boşanmadan şahzadə ilə evliliyə qədər…

İngiltərə kral ailəsinin gəlini, şahzadə Harrinin arvadı, keçmiş aktrisa Meqan Marklinin birinci ərindən ayrılmasının səbəbi bəlli olub. 

Cebhe.info xəbər verir ki, ayrılıq səbəbi kimi cütlüyün uzun müddət bir-birilə ayrı qalması göstərilir. Belə ki, Meqan Markli işi ilə əlaqədar tez-tez səfərdə, çəkilişlərdə olub. Buna görə də ailəsi ilə vaxt keçirə bilməyib.

Meqan Marklinin həyatı barədə  "Meghan Markle : Movies, Marriage & Motherhood" sənədli filmi çəkilib. Filmin yaradıcıları onun şahzadə Harri ilə tanışlığına qədərki həyatından bəhs edib. 

Bildirilib ki, ayrılığa səbəb məhz Marklinin peşəkar fəaliyyəti olub. Onlar  son 2 ili evli olmaqla, ümumilikdə 7 il birlikdə olublar. Cütlük 2013-cü ildə boşanıb, 2017-ci ildə isə şahzadə Harri aktrisaya evlilik təklif edib. 2018-ci ilin mayında toy olub. 1 il sonra cütlüyün övladı Arçi dünyaya gəlib. 

Hersoginyanın birinci əri isə 2019-cu ilin mayında qalmaqalları ilə yadda qalan milyoner Kurlandın qızı Treysi ilə ailə qurub. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 859