hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Kraliça danışdı, Tramp mürgülədi - Maraqlı anlar VİDEODA

Kraliça danışdı, Tramp mürgülədi - Maraqlı anlar VİDEODA

ABŞ Prezidenti Donald Trampın Britaniyaya səfərində maraqlı anlar yaşanıb.

Cebhe.info xarici KİV-ə istinadən bildirir ki, kraliça Yelizaveta ilə görüşündə Tramp mürgüləyib və az qalıb ki, yatsın.

Onun bu görüntüləri mətbuatın diqqətini çəkib və bir anda manşet olub. Tramp kraliçanın onun şərəfinə Bukenhem sarayında verdiyi ziyafətdə çox yorğun görünüb. 72 yaşlı amerikalı lider gözlərini yumub və bir qədər mürgüləyib. Bu zaman kraliça iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafından danışıb.

Daha sonra Tramp qəfildən başını qaldırıb. Mərasimdə 170 nəfər iştirak edib. Tramp həmişəki kimi spirtli içki içməyib.

Xəzər

Cebhe.info


Oxunma sayı: 4038