Kralın avtomobili daşa basıldı - OLAY

Belçikanın paytaxtı Brüsseldə etiraz aksiyası keçirilib.
Cebhe.info xəbər verir ki, aksiyada qəzəbli kütlə kral Filippin avtobobilinin da daşa basıb.
Qeyd edək ki, ölkədə aksiyalar Afrika mənşəli İbrahim Barrie adlı şəxsin ölümündən sonra başlanıb.
Məlumata görə, koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş karantin qaydalarını pozduğu üçün saxlanılan İbrahim Barrie müayinə olunmaq istəməyərək qaçıb.
Lakin polis onu yenidən təcridxanaya qaytarıb. Bir neçə saat sonra gəncin öldüyü məlum olub. Bundan sonra ölkədə polis zorakılığına qarşı etirazlar başlanıb.
Aydın
Cebhe.info
Oxunma sayı: 1123
Bizim Telegram səhifəmizi izləyin