hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Kralın şahzadə qızı məhkəmədə: Oğurladığı kişini ayağından öpməyə vadar edirmiş: “Bu iti...”

Kralın şahzadə qızı məhkəmədə: Oğurladığı kişini ayağından öpməyə vadar edirmiş: “Bu iti...”

Fransa məhkəməsi Səudiyyə Ərəbistanı şahzadəsi Hassa bin Salmanın silahdan istifadə edilməklə insan oğurluğunda iştirakçı olduğuna dair qərar çıxarıb. 

Cebhe.info xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Hökm qiyabi oxunub. Şahzadə 10 ay azadlıqdan məhrum edilib. O, eyni zamanda 10 min avro cərimə də ödəməlidir. Onun mühafizəçisi Rani Səid də 8 ay azadlıqdan məhrum edilib. Eyni zamanda 5 min avro cərimə verəcək.

Qərarın çıxarılmasına səbəb Parisdə su idarəsinin Əşrəf İda adlı əməkdaşına hücum olub. 2016-cı ilin sentyabrında o, ərəb şahzadəsinin Parisdəki evində su təsisatını düzəldib. İdanın sözlərinə görə, iş üçün ona vanna otağının fotosu lazım olub. Şahzadə bu fotolardan birində güzgüdə öz əksini görüb və qəzəblənib. 

O, tez mühafizəçisi çağırıb. Mühafizəçi su idarəsinin əməkdaşını döyüb, bir neçə saat girov saxlayıb, şahzadənin ayağını öpüb bağışlanmasını xahiş etməyə vadar edib. 

Şahzadə isə bütün bunları izləyərək “Bu iti öldür, o, yaşamağa layiq deyil", - deyə qışqırırmış. Hadisədən dərhal sonra şahzadə Fransanı tərk edib. 

Mühafizəçinin sözlərinə görə, onlar su idarəsinin əməkdaşının bu fotonu satacağını təxmin ediblər. Səudiyyə qanunları şahzadələrin fotosunun çəkilməsi və yayılmasını qadağan edir. 

Xatırladaq ki, 43 yaşlı şahzadə vəliəhd Məhəmməd bin Salmanın bacısı, kral Salmanın qızıdır. Onu öz ölkəsində qadın hüquqlarının müdafiəçisi və xeyriyyəçi adlandırırlar.

Xəzər
Cebhe.info


Oxunma sayı: 4269