hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Kreml Azərbaycan-Türkiyə ittifaqına qarşı: “Ermənistanı silahlandırmaqda məqsəd...” - POLİTOLOQ

Kreml Azərbaycan-Türkiyə ittifaqına qarşı:  “Ermənistanı silahlandırmaqda məqsəd...” - POLİTOLOQ

Rusiyanın Ermənistanı silahlandırması bilinən, amma rəsmi Moskva tərəfindən etiraf olunmayan, müxtəlif bəhanələrlə inkar edilən həqiqətdir.

Maraqlı məqam ondan ibarətdir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Bakı son Bakı səfərində bu məsələyə aydınlıq gətirməyə çalışdı, amma onun cavabı rəsmilər və ekspertlər tərəfindən məqbul hesab olunmadı. Şoyqu bildirmişdi ki, Rusiya Ermənistana deyil, Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən hərbi bazasına silah göndərir.

Qeyd edək ki, avqustun sonlarında sosial şəbəkələrdə və mətbuatda Rusiyanın Ermənistana növbəti partiya silah-sursat göndərməsi barədə məlumatlar yayıldı. Yayılan məlumatlarda Rusiyanın Ermənistana silah göndərdiyi açıq şəkildə görünür və sübut olunurdu. Rəsmi Bakının Kremldən izahat tələb etməsindən sonra Rusiyanın açıqladığı mövqe isə yuxarıda qeyd olunduğu kimi, qənaətbəxş olmadı. Bu yaxınlarda osə Türkiyəyə səfər etmiş Prezidentin köməkçisi Hikmət Hacıyev də “Haber Qlobal”a müsahibəsində bu məsələyə xüsusi diqqət çəkdi. Administrasiya rəsmisi bildirib ki, bu gün Ermənistana “İl-76” təyyarələri gəlməkdə davam edir:

“Ermənistan 500 tondan artıq silah alıb. Bunlar nə məqsədlə gətirilir? Bu suala hələ cavab ala bilməmişik”. Göründüyü kimi, Rusiyanın Azərbaycana qarşı Ermənistana silah daşınması ilə bağlı verdiyi izahatlar rəsmi Bakını qane etmir.

Bəs, Rusiya Ermənistanı Azərbaycana qarşı niyə silahlandırır?

Politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında deyib ki, Rusiyanın məqsədi Azərbaycan-Türkiyə birliyini pozmaq, Qafqazda köhnə siyasətini bərpa etməkdir:

“Rusiyanın Ermənistana silahlar, radio kəşfiyyat avadanlıqları göndərməsi əsasən Azərbaycana qarşı yönəlib. Burada əsas məqsəd Azərbaycanı müharibə variantından yayındırmaq və Türkiyə ilə Azərbaycanın hərbi birliyinə qarşı olaraq biz mesaj verməkdir. Həmçinin Moskva regionda öz nüfuzunu gücləndirir. Hesab edirəm ki, Kremlin bu siyasəti birbaşa olaraq Ermənistanı növbəti müharibəyə hazırlamaqdır. İrəvan-Moskva tandemi hazırda hərbi müstəvidə çox yüksək səviyyədədir. Burada əsas məsələ Azərbaycana qarşı iki ölkənin siyasətinin birgə olmasıdır. Təbii ki, Rusiya-Ermənistan birliyi regionda Moskvanın dayaqlarını zəiflədəcək. Türkiyə regionda balansı Azərbaycanla birgə öz xeyirlərinə dəyişəcək. Azərbaycana qarşı növbəti provakasiya mümkündür və bu Kreml tərəfindən İrəvanın əli ilə başlaya bilər. Hazırda Qarabag danışıqlarını da Moskva tormozlayıb. Rusiyanın əsas məqsədi Azərbaycanı Türkiyə foktorundan çəkindirmək, əvvəlki siyasətinə gətirməkdir. Rəsmi Bakı isə buna getməməlidir”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 3851