hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0224
  • EURO - 2.9898
  • NEFT - 64.70
  • clouds-weather

Kreml çətin seçim qarşısında: Paşinyan, yoxsa Köçəryan?

Kreml çətin seçim qarşısında: Paşinyan, yoxsa Köçəryan?

"Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşdə Kreml sahibin yaltaqlanaraq deyib ki, Dağlıq Qarabağda rusiyalı sülhməramlılarının varlığı bölgədə vacib sabitlik və təhlükəsizlik amilidir.

Paşinyan onu da əlavə edib ki, daima Rusiya Prezidenti ilə təmasdadır. Rusiya “İsgəndər” raketlərini Azərbaycan ərazisinə atmaqla bölgədə necə “sabitlik” tərəfdarı olduğunu göstərib".

Cebhe.info xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Nikol Paşinyan parlament seçki öncəsi özünü Rusiya təhlükəsindən sığortalamaq üçün Kreml sahibinə təklif irəli sürüb:

"“Biz Rusiyanın Ermənistanda yeni atom elektrik stansiyasının inşa etməsini istəyirik”. Kiçik və əhalisi azalan Ermənistanda atom elektrik stansiyası varkən və onu elə Rusiya idarə edərkən ikincisi nəyinə lazımdır? Paşinyan sadəcə Putinin hüzuruna müxtəlif təkliflərlə yollanıb ki, Kreml sahibinin inamını qazansın. Putini bu təkliflərlə aldatmaq mümkün deyil. Putin Paşinyandan bir gün əvvəl onun əsas rəqibi Robert Köçəryanı Moskvaya dəvət edib və onunla onlyan formatında 1 saat söhbət edib. Bu Kremlı sahibinin seçimini ortaya qoyub. Paşinyan Rusiyaya atom elektrik stansiyası tikməyi təklif edib, Köçəryan isə hakimiyyəti dövründə əsas fabrik və zavodları Rusiyaya peşkəş etmişdi".

Cebhe.info


Oxunma sayı: 540