hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Kreml geri çəkilmir, feldmarşala müasir döyüş təyyarələri göndərir...

Kreml geri çəkilmir, feldmarşala müasir döyüş təyyarələri göndərir...

ABŞ Silahlı Qüvvələrinin Afrika komandanlığı mayın 26-da Moskvanın Liviyadakı Rusiya muzdluların dəstəklənməsi məqsədilə bu yaxınlarda bu ölkəyə döyüş təyyarələri gətirməsi barədə bəyanatla çıxış edib. Bəyanata əsasən Su-24, MiQ-29 və daha müasir Su-35 qırıcılarından ibarət döyüş təyyarələri əvvəlcə Suriyadakı Hmeymim aviabazasına eniblər. Orada rəngləri dəyişdiriləndən sonra Liviyaya istiqamət alıblar.

Liviya münaqişəsində Rusiyanın muzdlu əsgərləri beynəlxalq aləm tərəfindən tanınmış, Qərb və Türkiyə tərəfindən dəstəklənən Tripoli hökumətinə qarşı döyüşən general Xəlifə Haftarın qoşun birləşmələrinin tərəfində döyüşürlər.

Amerika komandanlığının saytında Rusiya təyyarələri olduğu iddia edilən döyüş maşınlarının fotoları da verilib Bəyanatda deyilir ki, təyyarələr Rusiyadakı hərbi-hava bazalarının birindən əvvəlcə Suriyaya gətirlərək burada Rusiya aviasiyasına aid nişanların gizlədilməsi məqsədilə rənglənib və daha sonra Liviyaya göndərilib.

ABŞ ordusu Afrika komandanlığının rəhbəri general Stiven Tausend deyib ki, Rusiya Liviya münaqişəsinə müdaxilə etdiyini uzun müddətdən bəri gizlədirdi, lakin indi “bunu gizlətməməyi qərara alıb”.

General vurğulayıb ki, nə Haftarın başçılıq etdiyi “Liviya Milli Ordusunun”, nə də ki, Liviyada Rusiyanın Vagner özəl hərbi şirkətinə məxsus muzdluların ixtiyarında indiyədək dördüncü nəsil döyüş təyyarələri olmayıb. Amerika generalının sözlərinə görə Rusiyanın muzdlu pilotları Rusiyadan göndərilmiş bu təyyarələrlə liviyalıları bombalayacaqlar.

Bəyanatda xəbərdarlıq edilir ki, Rusiyanın hərəkətləri Liviya münaqişəsinin uzanması və qurbanların artması ilə nəticələnə bilər.

Bu da qeyd edilir ki, general Haftarı dəstəkləməklə Rusiya uzunmüddətli strateji məqsədlər güdür. ABŞ generalı bildirir ki, Rusiyanın məqsədi Liviyanın sahil zolağında möhkəmlənmək və burada gəmilərin yan almasını və manevr etməsini məhdudlaşdıran sistem qurmaq, beləliklə də Avropaya cənubdan hədə yaratmaqdır.

Qeyd edilir ki, Rusiyanın Liviyadakı hərəkətləri Avropaya miqrant axının artması ilə nəticələnə bilər.

Rusiyanın müdafiə nazirliyi hələlik bu bəyanatla bağlı şərh verməyib. Liviyaya səkkiz hərbi təyyarənin gətirildiyi barədə “Bloomberg” agentliyi də xəbər vermişdi.

Agentlik iddia edirdi ki, bu təyyarələr Suriyadakı Hmeymim bazasından gətirilib. Bu baza Rusiyanın nəzarətindədir. “Bloomberg” yazırdı ki, sözü gedən təyyarələr qiyamçı general Haftarın tərəfində döyüşməlidir.

Haftarın özü Türkiyənin dəstəklədiyi hökumət qoşunları tərəfindən ağır məğlubiyyətə uğradıqdan sonra bəyan etmişdi ki, o “Liviyanın tarixində ən böyük hava döyüşünə” hazırlaşır və Türkiyənin bu ölkədəki mövqe və maraqları “qanuni hədəf” hesab ediləcək.

Xatırladaq ki, bundan əvvəl “Vagnerin ordusu”nun muzdlularının Liviyada harasa daşındıqları barədə məlumat yayılmışdı, ehtimal edilirdi ki, Rusiya feldmarşal Haftara hərbi dəstəyini geri çəkir və onun qalib gəlmək perspektivlərinə ümidini itirib. Lakin indi ola bilsin ruslar Haftarın paytaxt Tripolini tutmaq planlarının boşa çıxması ilə barışıb və Liviyanın sahilboyu zolağında möhkəmlənmək barədə yeni planlara üstünlük verilib.

Cebhe.info


Oxunma sayı: 2091