hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Kreml Paşinyandan üz döndərib? - “O qədər də narazı deyillər” - Politoloq

Kreml Paşinyandan üz döndərib? - “O qədər də narazı deyillər” - Politoloq

“Bizdə bir müddət yanlış təbliğat aparıldı ki, guya Moskva Paşinyandan, Paşinyan da Rusiyadan üz döndərib. Rusiya rəsmiləri ara-sıra Paşinyandan narazılıqlarını ifadə edə bilərlər, ancaq konseptual məsələlərdə Ermənistanın hazırki baş nazirindən narazı deyillər”. 

Bunu özünün facebook statusunda “Altas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfərindən əvvəl noyabrın 9-da bu ölkənin “Mediamaks” agentliyinə müsahibəsini xatırladıb: 

“Lavrovun cavablarından iki əsas seçməni diqqətinizə çatdırıram: “Nikol Paşinyan Rusiya ilə strateji müttəfiqliyi dərinləşdirmək siyasətinə sadiqdır”, “İrəvanın xarici siyasəti Moskvanı qane edir”. Lavrovun Dağlıq Qarabağ münaqişəsiylə bağlı söylədiyi bir başqa fikir də Ermənistanın maraqları ilə tam üst-üstə düşür: “Dağlıq Qarabağın statusu hüquqi nöqteyi nəzərdən özmüqədərratın təyini yolu ilə həll edilməlidir”.

Lavrovun Dağlıq Qarabağın statusu ilə bağlı fikri isə bu deməkdir ki, Azərbaycan bölgənin statusunu müəyyənləşdirəcək referendumun keçirilməsi ilə razılaşmalıdır. Biz həmin “refendumun” nə ilə nəticələnəcəyini yəqin bilirik. Lavrovun “məsləhətinin” də elə həmin “nəticəyə” xidmət etdiyi bəllidir.

Aydın
Cebhe.info


Oxunma sayı: 727