hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0272
  • EURO - 1.9336
  • NEFT - 65.27
  • clouds-weather

Kremli qəzəbləndirəcək hərbi blok - “Türkiyənin bu projedə iştirakı çox lazımdır” - Ekspert

Kremli qəzəbləndirəcək hərbi blok - “Türkiyənin bu projedə iştirakı çox lazımdır” - Ekspert

“Türkiyə, Azərbaycan və Gürcüstanın hərbi əməkdaşlığının gələcəkdə hərbi bloka çevrilməsini çox arzulayıram”. 

Bunu Cebhe.info-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rusiyanın, Belarusun və Qazaxıstanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) fəaliyyəti bizi əsla nədənsə çəkindirməməlidir: 

“Gürcüstan NATO-ya üzv olacaq. Bilirisiniz ki, Gürcüstanın NATO-ya patronajlığını qardaş Türkiyə öz üzərinə götürüb və bütün məsələləri də onlar həll edirlər. Hesab edirəm ki, yaxın zamanlarda bunun müsbət nəticələri olacaq. Gürcüstan NATO-ya üzv olunandan sonra regionda Türkiyə və Gürcüstanın Azərbaycana çox güclü siyasi və hərbi dəstəyi olacaq”. 

Ekspert əlavə edib ki, GUAM Rusiyanın çabalarından sonra bir qədər zəifləyib: 

“Amma mən inanıram ki, yeni yaranacaq blok GUAM-ın hərbi variantıdır. Bu, onsuz da planda vardı. Bir neçə il əvvəl GUAM, yəni Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova olmaqla mövcud idi. Türkiyənin bu projedə iştirakı çox əlverişli və lazımlıdı. Sual oluna bilər ki, Türkiyə Rusiya ilə yaxınlaşır. Amma bu yaxınlaşma çox da uzaqlara getməyəcək. Təbii ki, Rusiya bu məsələyə çox əsəbi reaksiya verəcək. Belə bir ittifaqda Gürcüstan, Türkiyə və Azərbaycanın bir araya gəlməsi Rusiyanı hiddətləndirəcək. Amma bu məsələyə zərrə qədər əhəmiyyət vermək lazım deyil. Biz öz işimizi yüksək səviyyədə görməliyik. Belə bir blokun yaranmasının regiondakı siyasi proseslərə çox yaxşı təsiri ola bilər. Çünki Gürcüstanın, Azərbaycanın ərazi itkisi var. Gürcüstan NATO-ya üzv olarsa, bəzi məsələlərdə bizdən də qabağa düşə bilər. Ola bilsin ki, Gürcüstan ərazi bütövlüyünü, hətta Azərbaycandan da tez bərpa etsin. Qarabağ məsələsində isə bilirik ki, ən böyük əyləc rəsmi Moskvanın tutduğu ikibaşlı oyundu. O mövqeyi isə aradan götürmək üçün qəti addımlar atmalıyıq. Qəti addımlar atmayacağımız təqdirdə bu məsələ bir qədər də uzanmaqda davam edəcək”. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 628