hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Kremlin miqrant təzyiqi: Putinin məqsədi nədir?

Kremlin miqrant təzyiqi: Putinin məqsədi nədir?

Moskva, Sankt-Peterburq və Yekaterinburq bazarlarında miqrantlara qarşı basqınlar təşkil olunur.

Gecə saatlarında onlarla muzdlu polis, Rus Qvardiyası döyüşçüləri ilə əhatə olunmuş miqrantların çalışdığı müxtəlif bazarlara OMON da daxil olur.Lyublinoda yerləşən “Moskva” və “Sadovod” bazarlarına, o cümlədən, Moskvadakı “Fud Siti” topdansatış bazarına bu ssenariyə uyğun reydlər keçirilib.Axtarış və saxlanma əməliyyatlarını DİN əməkdaşları Rus Qvardiyasının döyüşçüləri ilə birgə aparır.Şahidlərin sözlərinə görə, sənədlərin olub-olmamasından asılı olmayaraq, miqrantları avtomobillərə dolduraraq yaxınlıqdakı polis bölmələrinə aparıb.Saxlanılanların çoxu Orta Asiyadan olan miqrantlardır.

Qırğızıstanın Moskvadakı səfiri Lyublinoya gələrək, əlliyə yaxın Qırğızıstan vətəndaşının miqrasiya sənədlərini yoxladıqdan sonra buraxıldığını deyib.Reydlər zamanı yüzlərlə miqrant saxlanılıb.Bu cür reydlər təkcə Moskvada deyil, Peterburqda "Sofiyskiy bazarı"nda, Yekaterinburqda "Taqanskiy ryad" və "Novomoskovskiy" bazarlarında da aparılıb.Polis idarəsi nə kütləvi yoxlama və saxlama faktlarını, nə də onların səbəblərini şərh etməyib.Moskva hökumətinin mətbuat xidməti də bu məsələyə açıqlama yaymayıb.

Yerli media reydləri "həftə sonu miqrantlar arasında baş vermiş münaqişə" ilə əlaqələndirib: ehtimal ki, bu, martın 9-da Moskvada Beloreçenskaya küçəsində bıçaqlanma və atışma ilə müşahidə olunan dava ilə əlaqəlidir. Başqa bir mümkün səbəb bazarlarda kriptovalyuta bazarının axtarışdır. İnsan haqları müdafiəçisi Karimcon Yerov müsahibəsində bildirib ki, reydlərin Moskva bazarlarında yük daşıyanların iş bazarının yenidən bölüşdürülməsi ilə bağlı olması ehtimal olunur: "Bu cür addımları insanları qorxutmaq üçün də edə bilərlər. Bu səbəbdən də, əsasən təmizlik, yük daşımaq və bu kimi çətin, lakin çox gəlir gətirən işləri insanlar əsas hədəf seçilib".

Maraqlıdır, Putin bu miqrantların ölkələrinə təzyiq edir, yoxsa düşən nüfuzunu milli zəmində qarşıdurma ilə qaldırmaq istəyir?

Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə bildirib ki, miqrant bazarlarında baş verənlər Rusiyanın ənənəvi siyasətidir: 

“Bu basqınlar əsasən iki məqsədə xidmət edir. Birincisi, Rusiya xaricdən gələn miqrantların iş fəaliyyətinə, xüsusilə də, bazarlara nəzarəti təmin etmək istəyir. Çünki məlumdur ki, bu miqrantlar təkcə iş fəaliyyəti ilə məşğul olmurlar, onların arasında xeyli sayda kriminal dəstə də mövcuddur. Bu kriminalların fəaliyyət sferasını nəzarətdə saxlamaq üçün mütəmadi bu cür reydlər keçirilir və aşkar olunan insanların əksəriyyəti Rusiyadan xaric edilir və yaxud da həbs edilir.Bu kontekstdə, həm də Rusiya dövləti və xüsusilə də, hüquq mühafizə orqanları bazarlara nəzarəti ələ keçirmək istəyir.İkinci, bilavasitə siyasi məsələdir.Zaman-zaman bu cür miqrant siyasəti ilə Rusiya xarici ölkələrə, xüsusilə də, öz əhatə dairəsi saydığı postsovet ölkələrindən gələn miqrantları sıxışdırmaqla, həmin ölkələrə siyasi təzyiqlər edib.Rusiya həmin miqrantları geri göndərməklə postsovet ölkələrində humanitar faciə yarada biləcəyi ilə də təhdid edirdi.Bu, ənənəvi olaraq rus dövlətinin siyasətidir.Bu dünən də belə idi, bu gün də dəyişən bir şey yoxdur”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 1702