hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Kremlin yeni Qarabağ planı: “Azərbaycan xalqı Prezidentin yanındadır və onu dəstəkləyir”

Kremlin yeni Qarabağ planı: “Azərbaycan xalqı Prezidentin yanındadır və onu dəstəkləyir”

Dağlıq Qarabağdakı separatçıların rəhbəri Araik Arutunyan təcili Moskvaya çağırılıb.

Cebhe.info-nun məlumatına görə, bu barədə “Hraparak” qəzeti yazıb. “Onun Rusiyaya “təlimat”landırılması üçün çağırıldığı ehtimal edilir”,- deyə məlumatda qeyd olunub. Rusiya xüsusi xidmət orqanları Araik Arutunyanın Ermənistan hakimiyyətinə itaətkarlıqla tabe olmasından narahatdır və onu “özünə gətirməyə” çalışacaq.

“Bizə dedilər ki, tanınmamış respublikanın prezidenti olmadığına görə onu rəsmi səviyyədə qəbul edə bilməyəcəklər. Lakin Moskvada səfərdə olan “prezident” xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşəcək və ona başa salınacaq ki, Paşinyanın hər əmrinin-istəyinin yerinə yetirilməsi Qarabağın maraqlarından irəli gəlmir. Mənbələrimiz xəbər verir ki, Arutunyan Ermənistan rəhbərliyindən maliyyə asılılığında olduğu üçün buxovlanıb. Bu, xüsusilə mənzil tikintisi üçün verilən vəsaitlə bağlıdır”.

Politoloq Cümşüd Nuriyev Cebhe.info-ya açıqlamasında bildirib ki, Arutunyanın Moskvaya çağırılması Rusiya tərəfindən Azərbaycana qarşı təxribatdır. Proses yaxın zamanlarda daha təhlükəli xarakter ala bilər:

“Rusiya Azərbaycana qarşı fitnəkarlığa əl atıb. Məqsəd Azərbaycan cəmiyyətində narazılıq və gərginliyi artırmaq, hakimiyyətlə cəmiyyət arasında siyasi qarşıdurma yaratmaqdır. Arutunyan da bunlardan biridir. Əvvəla, Azərbaycan Arutunyanı İnterpol vasitəsilə axtarışa verib. Rusiya da İnterpolun üzvüdür. Ona görə də Arutunyan Moskvaya çatan kimi Rusiya onu həbs edib Azərbaycana təhvil verməlidir. Ancaq Rusiya Azərbaycanı qıcıqlandırmaq və rəsmi Bakıya təzyiq məqsədilə bu addımı atır. Arutunyanın Paşinyana itaət etməsi barədə deyilənlər “Hraparak”ın mövqeyidir. Mən hesab edirəm ki, Rusiyanın hədəfi başqadır. Mayın 9-da Rusiya sülhməramlıları Xankəndidə hərbi parad keçirmək istəyir. Bu da Azərbaycan tərəfində kifayət qədər mənfi reaksiya doğurub. Nəticədə, Rusiyanın Azərbaycan cəmiyyətində mövqeyi zəifləyir. Ona görə də Rusiya Araikin əli ilə Dağlıq Qarabağda yeni terror aktları törədəcək. Azərbaycanın təkidi ilə mayın 9-a qədər Xocavənddə heykəl götürülməlidir. Yəni Rusiya bir tərəfdən guya Azərbaycanı dəstəkləyir, digər tərəfdən təxribata əl atır. Araik Arutunyan, Vitali Balasanyan Rusiyanın Qarabağdakı “şilləvuran əli”dir. Araik kimdir ki, Paşinyana tabe olub-olmasın və ya ona kömək etsin? Onun əlində heç bir imkan yoxdur”.

Politoloq bildirib ki, Arutunyanın adı ilə gündəmə gətirilən imkanlar Rusiyaya məxsusdur:

“Rusiya Paşinyanı dəstəkləməklə onu ABŞ-ın əlindən almaq istəyir. Təsadüfi deyil, Paşinyan Zəngəzura səfərindən dərhal sonra ABŞ-ın İrəvandakı səfiri də həmin bölgəyə gedib. Burada əsas məqsəd Kremlin ideoloqu olan Duqinin verdiyi məsləhətləri həyata keçirməkdir. O bildirir ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və Avrasiya İqtisadi Birlyinə daxil olsun. Ona görə də Azərbaycan Milli Məclisi təcili iki qərar qəbul etməlidir. Birincisi, Azərbaycan Türkiyə ilə konfederasiyanın yaradılması haqqında qanun qəbul etməlidir. İkincisi, Türkiyənin Azərbaycanda hərbi bazasının yerləşdirilməsinə qanunvericilik qaydasında icazə verilməlidir. Bundan başqa, Türkdilli Dövlətlərin Əməkdaşların Şurasının Vahid Gömrük İttifaqı yaradılmalıdır. Beş respublika arasında maneələrə aradan götürülərsə, o halda bu qurumu BMT yanında müşahidəçi statusunda qəbul edəcəklər. Nəticədə, vahid iqtisadi məkan elan olunmalıdır. Böyük İpək yolu, Zəngəzurdan keçəcək nəqliyyat dəhlizi də buna xidmət edir. İyunun 20-də Ermənistanda parlament seçkiləri keçirilənə qədər Azərbaycan bu addımları atmalıdır. Gücə qarşı güc nümayiş etdirilməlidir”.

Cümşüd Nuriyevin sözlərinə görə, Rusiya Dağlıq Qarabağla yanaşı, Ermənistanla dövlət sərhədində də atəşkəsin pozulmasına nail olmaqla KTMT-ni münaqişəyə cəlb etmək istəyir:

“Rusiya sülhməramlı, fövqəladə hallar, mina təmizləyənlər, tibbi xidmət və müxtəlif adlar altında Dağlıq Qarabağa 10 minə yaxın silahlı qüvvə yerləşdirib. Onların əsas məqsədi Şuşanı və Hadrutu Azərbaycanın əlindən almaqdır. Ona görə də Azərbaycan ermənilərin bu təxribatının qarşısını almaq üçün təcili anti-terror əməliyyatlarına başlamalıdır. Bu məsələdə gecikmək olmaz. Azərbaycan Qırmızı-Bazar qəsəbəsində də anti-terror əməliyyatrı həyata keçirilməlidir. Azərbaycanın kifayət qədər gücü və dəstəyi var. Əgər Ermənistan belə ağır məğlubiyyətdən sonra yenə iddiasından əl çəkmirsə, Azərbaycan nəyə görə gözləmə mövqeyi tutmalıdır? Putinin Federal Məclisə müraciətindəki çıxışı Azərbaycana qarşı həqarətdir. Putin həyasızcasına deyir ki, biz Qarabağda silahlı münaqişənin qarşısını almışıq. Azərbaycan ordusu öz ərazilərini işğaldan azad etmək üçün hərbi əməliyyat keçirib. Rusiya prezidenti bunu silahlı münaqişə adlandırır. Bununla da Azərbaycanı günahkar kimi təqdim etməyə çalışır. Digər tərəfdən, həddini aşıb Xəzər dənizi üzrə nümayəndə təyin edir, o biri yandan Kerç boğazını bağlayıb Ukraynın Qara dənizə çıxışını bağlayır. Rusiyanın qabağından qaçdıqca, Kreml daha aqressiv addımlar atacaq. Azərbaycan xalqı Prezidentinin yanındadır və onu dəstəkləyir. 10 milyonluq xalqa Rusiya heç nə edə bilməz. Ona görə də gecikməməliyik”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 5963