hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Külək nə vaxt kəsəcək? - "Yağış, dolu, hətta qar..." - PROQNOZ

Külək nə vaxt kəsəcək? - "Yağış, dolu, hətta qar..." - PROQNOZ

“Mayın 5-də hava şəraitinin kəskin dəyişməsi müşahidə olunur. Gün ərzində Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi davam edəcək. Küləyin sürəti arabir 30-35 metr saniyə olacaq. Axşam saatlarından başlayaraq küləyin tədricən zəifləyəcəyi gözlənilir”.

Cebhe.info xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji proqnozlar bürosunun rəhbəri Gürşad Məmmədova deyib.

O bildirib ki, mayın 6-da səhər saatlarında müayim cənub küləyi ilə əvəz olunacaq:

“Bölgələrəd də gün ərzində qeyri-sabit hava şəraiti davam edəcək, şimşək çaxacaq, arabi yağış yağacaq. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur”.

Mayın 6-da səhər saatlarından başlayaraq yağıntının tədricən kəsiləcəyi bildirilir.

Cebhe.info


Oxunma sayı: 3675