hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Beyləqanda külli miqdarda güclü təsiredici xassəyə malik müxtəlif növ narkotik vasitələr dövriyyədən çıxarılıb.

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Cebhe.info-ya verilən məlumata görə, əldə edilmiş məlumat əsasında Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Şəhriyar Şirinov idarə etdiyi “VAZ-2107” markalı avtomobil və onun sərnişini Yevlax rayon sakini Azər Həsənovla birlikdə saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Şəxsi axtarış zamanı A. Həsənovun əlindəki sintetik torbada müxtəlif qablaşdırmalarda 5 kiloqramdan artıq narkotik vasitə hesab edilən tiryək, 1 ədəd bağlamada 130 qramdan artıq heroin və 1 ədəd bükümdə 12 qramdan artıq psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirlir.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 969