hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Kürdəmir sakini Bakıda narkotiklə saxlanıldı

Kürdəmir sakini Bakıda narkotiklə saxlanıldı

Kürdəmir sakini Bakıda narkotik maddə ilə saxlanıb.

Cebhe.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Nəsimi rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş T.Məmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan beş qrama yaxın marixuana, 1 kiloqram heroin və 101 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

Cebhe.info


Oxunma sayı: 683

Bizim Telegram səhifəmizi izləyin