hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

"Kütləvi yürüşlər məqsəduyğun deyil" - Qubernatordan ÇAĞIRIŞ

"Kütləvi yürüşlər məqsəduyğun deyil" - Qubernatordan ÇAĞIRIŞ

Xəbər verdiyimiz kimi, Rusiyanın Xabarovsk diyarının qubernatoru Sergey Furqal iki biznesmenin qətlində təqsirli bilinib və buna görə də İstintaq Komitəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Ona dəstək nümayiş etdirmək üçün isə Xabarovsk sakinləri yürüşə çıxıb.

Cebhe.info xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Məlumata görə, Furqal ona dəstək nümayiş etdirən sakinlərə minnətdarlığını çatdırıb, amma kütləvi yürüşlərini məqsədəuyğun hesab etməyib.

Furqalın vəkili Kojemyakin onun minnətdarlığını xalqa çatdırıb və belə bir kütləvi yürüşün keçiriləcəyindən Furqalın xəbərsiz olduğunu bildirib.

Qeyd edək ki, Sergey Furqal 2018-ci ildə seçkilərdə seçicilərin 70 faizinin səsini toplayaraq Xabarovsk diyarının qubernatoru seçilib.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 1497