hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0547
  • NEFT - 63.84
  • clouds-weather

Küveyt BMT Təhlükəsizlik Şurasına müraciət etdi

Küveyt BMT Təhlükəsizlik Şurasına müraciət etdi

Küveyt Krallığı Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına (TŞ) müraciət edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Küveytin BMT-dəki daimi nümayəndəsi Mənsur Əl-Uteybi BMT TŞ-yə müraciət ünvanlayıb.

Müraciətdə BMT TŞ-nin daimi üzvlərinin sayının artırılması və ərəb ölkələrini təmsil edən yeni daimi üzvün seçilməsi tələbi yer alıb. Məsələnin müzakirəyə çıxarılıb-çıxarılmayacağı haqqında məlumat yoxdur.

Qeyd edək ki, Küveyt dəfələrlə analoji tələblə BMT TŞ qarşısında çıxış edib.

Cebhe.info


Oxunma sayı: 1145