hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Küveyt hökuməti parlamentə etiraz olaraq istefa verib

Küveyt hökuməti parlamentə etiraz olaraq istefa verib

Küveytin baş naziri Sabah əl-Xaled əs-Sabah yanvarın 13-də hökumətin istefası ilə bağlı müraciəti əmirə təqdim edib.

Məlumatı Küveytin KUNA informasiya agentliyi yayıb.

Bildirilib ki, Küveytin əmiri Navaf əl-Əhməd əl-Caber əs-Sabah yanvarın 13-də hökumətlə birlikdə baş nazirin istefasını qəbul edib.

Məlumata görə, istefaya səbəb Nazirlər Kabineti ilə parlament arasındakı fikir ayrılığı göstərilir.

Qeyd edək ki, Sabah Xaled əl-Xamadın başçılığı ilə Küveytin yeni hökuməti 2020-ci il dekabrın 14-də ölkədə keçirilən parlament seçkilərindən sonra formalaşdırılır.

Cebhe.info


Oxunma sayı: 551

Bizim Telegram səhifəmizi izləyin