hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

La Liqa: “Barsa” zirvəyə qayıtdı

La Liqa: “Barsa” zirvəyə qayıtdı

Futbol üzrə İspaniya çempionatında növbəti turun oyunları keçirilib. 

Cebhe.info xəbər verir ki, Madridin “Real” klubu səfərdə “Eybar”ın qonağı olub. Oyun 4-0 hesabı ilə “Real”ın xeyrinə başa çatıb. Digər oyunlarda ev sahibləri qalib gəlib. “Alaves” “Valyadolid”dən üstün olub: 3-0. “Valensiya” “Qranada”nı məğlub edib: 2-0. “Real Sosyedad”-“Leqanes” oyunu 1-1 hesabı ilə başa çatıb.

Gecə daha bir oyun keçirilib. “Barselona” öz meydanında “Selta”nı qəbul edib. 23-cü dəqiqədə “Barsa”nın argentinalı ulduzu Leonel Messi penaltindən hesabı açıb. 42-ci dəqiqədə Lukas Olaca hesabda tarazlıq yaradıb. Lakin “Barsa” hücumların kəsərini artırıb. 46-cı dəqiqədə Messi ikinci topu vurub. İkinci hissə “Barsa”nın hücumları şəraitində keçib. 48-ci dəqiqədə Leo yenindən fərqlənib. Oyunda son nöqtəni 85-ci dəqiqədə Serxio Buskets qoyub. Oyun 4-1 hesabı ilə başa çatıb. Bu qələbədən sonra “Barsa” 25 xalla ilk pillədə qərar tutub. Onun eyni xalla “Real” izləyir.

Aydın
Cebhe.info


Oxunma sayı: 551