t La Liqa: “Barselona” səfərdə büdrədi
hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8782
  • NEFT - 60.86
  • clouds-weather

La Liqa: “Barselona” səfərdə büdrədi

La Liqa: “Barselona” səfərdə büdrədi

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 16-ci turun oyunları keçirilib. 

Cebhe.info xəbər verir ki, turun mərkəzi oyununda “Real Sosyedad” “Barselona”nı qəbul edib. 

Hesabı 12-ci dəqiqədə meydan sahibləri açıb. Oyarsabal fərqlənib. 38-ci dəqiqədə Qrizmann hesabı bərabərləşdirib. Suarez 49-cu dəqiqədə hesabı artırıb. Lakin meydan sahibləri 62-ci dəqiqədə hesabı bərabərləşdirib. “Real”ın heyətində İsaq fərqlənib.

“Alaves”-“Leqanes” oyununda heç-heçə qeydə alınıb. Tərəflər hərəyə bir dəfə fərqləniblər. “Qranada” öz meydanında “Levante”yə uduzub: 1-2. “Atletik”-“Eybar” oyununda hesab açılmayıb.

Bu oyundan sonra “Barsa” 35 xalla birincidir. “Real” Madrid 34 xalla ikinci yerdə gedir. Madrid təmsilçilsi 1 oyun az keçirib.

Aydın
Cebhe.info


Oxunma sayı: 1134