hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

La Liqa: Liderlər qələbə qazandı

La Liqa: Liderlər qələbə qazandı

Futbol üzrə İspaniya çempionatında (La Liqa) növbəti turun oyunları keçirilib. 

Cebhe.info xəbər verir ki, 14-cü turun oyunları məhsuldar olub. “Real” Madrid klubu “Espanyol”u qəbul edib. Zinəddin Zidanın komandası 2-0 hesabı ilə qalib gəlib. Qolları 37-ci dəqiqədə Rafael Varan, 79-cu dəqiqədə Kərim Benzema vurub.

“Barselona” “Nou Kamp”da “Malyorka”nı darmadağın edib. Oyun 5-2 hesabı ilə çatıb. “Qranada”-“Alaves” oyununda 3 qol vurulub. Sevinən tərəf meydan sahibləri olub. “Levante”ni “Valensiya”qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb: 2-4.

Bu oyundan sonra “Barsa” 15 oyundan sonra 34 xalla liderdir. Madridin “Real” klubu da eyni nəticəni göstərib. “Barsa” qələbələrin sayına görə 1-ci yerdədir. 

Aydın
Cebhe.info


Oxunma sayı: 2168